

Əlaqə məlumatlarınızı daxil edin
Striyalar (çat izləri) dərinin elastikliyinin azalması və kollagen liflərinin zədələnməsi nəticəsində yaranır. Bu səbəbdən krem və səthi qulluq vasitələri kifayət etmir. Lumia Lab klinikasında striyaların müalicəsi kompleks yanaşma ilə həyata keçirilir: CO₂ lazer, Dermapen (mikroiynəli terapiya), ekzosom terapiyası və mikroplazma texnologiyaları vasitəsilə dərinin dərin qatlarına təsir edilir. Bu prosedurlar kollagen sintezini stimullaşdırır, dəri strukturunu yeniləyir və striyaların görünüşünü nəzərəçarpacaq dərəcədə azaldır.