

Əlaqə məlumatlarınızı daxil edin
“Lunch Time” liftinq (NIR) dərinin dərin qatlarını infraqırmızı enerji ilə qızdıraraq kollagen sintezini stimullaşdıran qeyri-invaziv prosedurdur. Bu nəzarətli istilik toxumaları dartır, dərinin elastikliyini artırır və səthə zərər vermədən liftinq effekti yaradır. Prosedur sürətli, komfortlu və bərpa müddəti tələb etmir, buna görə də “lunch time lifting” adlandırılır. Lumia Lab klinikasında bu prosedur fərdi diaqnostikaya əsasən seçilir və dərinin möhkəmliyini artırmaq, xırda qırışları azaltmaq və üz konturlarını yaxşılaşdırmaq üçün tətbiq olunur. Nəticə — daha hamar, möhkəm və təravətli görünən dəri.