Endosphere terapiyası
Facial Treatment
Lumia Lab

Qəbula yazılın

Əlaqə məlumatlarınızı daxil edin

AZ+994

Biz adətən 7 dəqiqə ərzində geri zəng edirik

Endosphere terapiyası

Endosphere terapiyası silikon kürəciklərdən ibarət fırlanan silindrli xüsusi aparat vasitəsilə həyata keçirilir. Bu sistem dəridə və dərialtı toxumalarda ritmik mikro-vibrasiya və nəzarətli kompressiya yaradır. Bu kombinə olunmuş təsir qan dövranını stimullaşdırır, limfa drenajını aktivləşdirir və toxumaların oksigenlə təminatını yaxşılaşdırır. Eyni zamanda ödemi azaldır, selülitlə əlaqəli fibroz strukturların parçalanmasına kömək edir və piy mübadiləsini dəstəkləyir. Prosedur həmçinin kollagen sintezini stimullaşdırır, nəticədə dəri daha möhkəm, hamar və elastik olur. Prosedur komfortlu, qeyri-invazivdir və həm bədən korreksiyası, həm də bərpa məqsədilə tətbiq oluna bilər.

Üstünlükləri

  • Selülitin görünüşünü azaldır
  • Dərinin elastikliyini artırır
  • Qan dövranını və limfa drenajını yaxşılaşdırır
  • Bədən konturlarını formalaşdırır
  • Ağrısız və effektiv prosedurdur

Nəticələr və İmkanlar

Kompressiv mikrovibrasiya texnologiyası
Dərin toxuma təsiri
Bədən formalaşdırma və anti-selülit məqsədi
Kurs şəklində tətbiq edilir
Digər prosedurlarla kombinə oluna bilər