Bloqa qayıt
Dr. Lumia

Saç follikullarının yenidən aktivləşdirilməsi

Saç follikullarının yenidən aktivləşdirilməsi

Saç tökülməsi həm qadınlarda, həm də kişilərdə ən çox rast gəlinən estetik və tibbi problemlərdən biridir. Stress, hormonal dəyişikliklər, genetik meyillilik, vitamin-mineral çatışmazlığı və düzgün olmayan qulluq saç köklərinin zəifləməsinə, saçların seyrəkləşməsinə səbəb olur.

Həll yolu: elmi əsaslı saç mezoterapiyası

LUMIA LAB klinikasında saç mezoterapiyası təhlükəsiz, effektiv və beynəlxalq protokollara uyğun şəkildə tətbiq olunur. Prosedur saç follikullarına birbaşa təsir edərək saç və baş dərisinin sağlamlığını bərpa etməyə yönəlib.

Saç mezoterapiyasının təsiri:

  • Saç köklərinin möhkəmlənməsi
  • Baş dərisində qan dövranının yaxşılaşması
  • Saç tökülməsinin azalması
  • Yeni saç çıxışının stimullaşdırılması
  • Saçların sıxlığı və sağlam parıltısının artması

Kimlər üçün uyğundur?

  • Genetik saç tökülməsi
  • Stress və hormonal dəyişikliklərlə bağlı saç itkisi
  • Doğuşdan sonrakı saç tökülməsi
  • Vitamin və mineral çatışmazlığı
  • Saç əkimi öncəsi follikulların gücləndirilməsi
  • Baş dərisidi problemləri (seboreya, iltihab, psoriaz və s.)

İstifadə olunan preparatlar:

LUMIA LAB-da yalnız orijinal və sertifikatlı dünya brendləri tətbiq olunur. Preparatlar saç və baş dərisinin vəziyyətinə uyğun fərdi şəkildə seçilir:

  • Neofollics — follikulları aktivləşdirir, qan dövranını yaxşılaşdırır
  • Velash Exo Plus — saç sıxlığını və regenerasiyanı gücləndirir
  • Curacen — saç strukturu və baş dərisinin bərpasına kömək edir
  • Laennec — yeni saç çıxışını stimullaşdırır
  • Leuco Exo Hair — "yatmış" follikulları oyadır
  • Selastin Tox — baş dərisində sağlam mühit yaradır

Prosedur necə aparılır?

Mezoterapiya müasir mikroiynə və mezo-sistemlər vasitəsilə həyata keçirilir. Aktiv maddələr birbaşa saç follikullarına çatdırılır və bərpa prosesini gücləndirir.

İlk dəyişikliklər bir neçə həftə ərzində müşahidə olunur, maksimal nəticə isə 3–6 aylıq kursdan sonra əldə edilir.

Niyə LUMIA LAB?

  • Tibbi və elmi yanaşma
  • Təcrübəli trixoloq və həkimlər
  • Fərdi müalicə planı
  • Orijinal, sertifikatlı preparatlar
  • Uzunmüddətli və stabil nəticələr

Ödənişsiz saç diaqnostikasına yazılaraq saçlarınız üçün ən doğru müalicə planını indi öyrənin.